“İmtahanda yüksək bal yığan müəllimin orta maaşı 1300 manatdır” - Yenilənib

imtahanda-yuksek-bal-yigan-muellimin-orta-maasi-1300-manatdir
Oxunma sayı: 2791

“Ümumilikdə sertifikasiya imtahanından yüksək balla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumatlandırıcı sessiyada deyib. 

O bildirib ki, belə müəllimlərin sayı 8 minə yaxındır: “Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur. 8 iyun tarixində də səkkiz minə yaxın müəllim təkrar sertifikasiya imtahanına cəlb olunacaq. Onların böyük əksəriyyətinin uğur qazanacağına inanırıq”.

***

Eşqi Bağırov əlavə edib ki, sertifikasiyada uğur qazana bilməyən 800-ə yaxın müəllim işdən kənarlaşdırılıb. O bildirib ki, son 1 il ərzində həmin müəllimlər tədris prosesindən uzaqlaşdırılıb: “2026-cı ilə qədər sertifikasiya imtahanının əhatə dairəsi genişləndiriləcək. Sözügedən ildə ilk sertifikasiya imtahanı verən müəllimlər də yenidən imtahana cəlb ediləcək.

8 iyunda ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması, 21, 22, 24 iyun tarixlərində isə ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək”.

Lamiyə Məmmədova