“İndiki vəziyyətdə seçkilərin keçirilməsi mümkün deyil”

indiki-veziyyetde-seckilerin-kecirilmesi-mumkun-deyil
Oxunma sayı: 229

“Ölkənin hazırkı iqtisadi vəziyyətində seçkilərin keçirilməsi qeyri-mümkündür”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Novyny Live” telekanalına müsahibəsində deyib.

O, Ukraynanın seçki kampaniyasını maliyyələşdirmək üçün kifayət qədər resursunun olmadığını vurğulayıb:

“Ölkə büdcəsi hazırda ciddi kəsirlə üz-üzədir və bütün maliyyə imkanları müdafiə sahəsinə yönəldilməlidir. Silahlı münaqişə şəraitində dövlət seçkilərin təşkili xərclərini fiziki olaraq qarşılaya bilmir. Xaricdə olan 6-8 milyon ukraynalı seçicinin səsvermədə iştirakının təmin edilməsi üçün də mürəkkəb mexanizmlərin və xüsusi işçi qrupunun yaradılması zəruridir”.

Xatırladaq ki, bir gün əvvəl Prezident Volodimir Zelenski seçkilərin gələcək sülh müqaviləsi üzrə referendumla eyni vaxtda keçirilə biləcəyi ehtimalını irəli sürmüşdü.