Leyla Əliyeva instaqram səhifəsində yeni şeirini paylaşıb.
“Qafqazinfo” həmin şeiri təqdim edir:
Dəyər ver insana, sev onunla hər anı,
Ayrılanda elə bil bir də görməyəcəksən
Sev gülüşü, qorxunu, göz yaşını,şübhəni,
Sev yanında olmaqla zamanını böləni!
Bu müqəddəs gecədə yuxum çəkilib dara
Dünən də belə idi- yuxu hara, mən hara…
Bacardım həyatda sonsuz sevməyi -
Gecəni, gündüzü, xoş gələcəyi.
Sevimli anları əbədi yaşat
Yaşamaq istəsən bir andır həyat
Sevgiyə aparan əbədi yolda
Hər kəsi qəlbinlə duy, yaşa, anla!
Sev Tanrı yaradan o insanları
Ağacı,günəşi, çölü, çayları!
Hər kəsin öz payı, öz qisməti var
Ancaq bir-birinə bənzər xəyallar!
Ucalıb görüncə ayın üzünü,
Zülmət qaranlıqdan nura bələndim.
Sənin gözlərində tapıb özümü
İnsanı sevməyi səndən öyrəndim!
Şeir: Leyla Əliyeva
Tərcümə: Sevinc Əliyeva
Son xəbərlər
Son Xəbərlər