“İnternetdən dərmanı necə rahatlıqla ala bilirlər?”

internetden-dermani-nece-rahatliqla-ala-bilirler
Oxunma sayı: 451

“Hazırda dünyada immunitet sistemini birbaşa və möcüzəvi şəkildə “qaldıran” konkret dərman mövcud deyil. Onu yaradana bəlkə də “Nobel” mükafatı verəcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov deyib.

O bildirib ki, internetdən əldə edilən preparatlardan istifadə risklidir: “Mən öz təcrübəmdə görmüşəm ki, insanlarımız çox rahatlıqla başqalarının dediyi dərmanları alıb qəbul edirlər. Bilmirən onlar bunu necə edirlər. Həmin o dərmanların içində vitamin B12 çox olur. “İmmuniteti gücləndirən” adı altında müxtəlif vasitələr alırlar.

Alınan dərmanların mənşəyi məlum olmur. Bu məhsullar əsasən bioloji aktiv əlavələrdir və dünyanın heç bir ölkəsində rəsmi olaraq dərman kimi qəbul edilmir. Bu cür hallar kifayət qədər geniş yayılıb və ciddi narahatlıq doğurur. Bu səbəbdən məsələyə ciddi yanaşmaq və yalnız həkim tövsiyəsi əsasında müalicə vasitələri qəbul etmək vacibdir”.