İntiqam Babayevin yerinə o gətirildi

intiqam-babayevin-yerine-o-getirildi
Oxunma sayı: 5279

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib. 

“Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib. 

Xatırladaq ki, bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyin edilib. 

F.Xəlilov buna qədər “EasyCep Azərbaycan” Şirkətinin İdarə Heyətinin sədri olub.