iPhone 14 təqdim edildi - Video

iphone-14-teqdim-edildi
Oxunma sayı: 9903

Texnologiya həvəskarlarının maraqla gözlədiyi Apple-nin yeni iPhone 14 modeli təqdim olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Apple yeni iPhone 14 ilə yanaşı, macəra həvəskarları üçün nəzərdə tutulmuş Apple Watch Series 8 və Apple Watch Ultra smart saatlarını təqdim edib.

Tədbir Apple Watch 8-in təqdimatı ilə başlayıb. Yeni seriyada müxtəlif rəng və model variantları istifadəçilərə təklif edilib.

Yeni iPhone 14-də kamera xüsusiyyətləri önə çıxsa da, hərəkət rejimi ən çox diqqəti çəkən olub. iPhone 14-ə 2 yeni təhlükəsizlik xüsusiyyəti hazırlanıb. Belə ki, istifadəçilərin uzun müddətdir gözlədiyi peyk xüsusiyyəti də reallaşıb. Peyk xüsusiyyəti ilə internetə qoşulmadan peykə qoşularaq SOS təcili xəbərdarlığı edilə bilər.

Bundan əlavə, Apple peyk xüsusiyyətinin 2 il pulsuz olacağını, ABŞ və Kanadadakı istifadəçilərin isə bu xüsusiyyətdən indi yararlana biləcəklərini açıqlayıb.

Apple iPhone 14-ün qiymətini 799 dollar, iPhone 14 Plus-ın qiymətini isə 899 dollar olaraq təyin edib.

iPhone 14 PRO 6,1 düym, 14 PRO MAX isə 6,7 düym olacaq. iPhone 14 PRO-da A16 Bionic prosessoru var. 48 MP kamera hələ də PRO modelində yerini tutarkən, sensorun 65 faiz böyüdüldüyü açıqlanıb.

Apple, iPhone 14 Pro-nun qiymətinin 999 dollar, iPhone 14 Pro Max-ın qiymətinin isə 1099 dollar olduğunu bildirib.