İran eyni vaxtda orbitə üç peyk buraxdı

iran-eyni-vaxtda-orbite-uc-peyk-buraxdi
Oxunma sayı: 1652

İran ikipilləli “Simurq” daşıyıcı raketindən istifadə edərək orbitə üç peykini çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İSNA agentliyi məlumat yayıb.

Çəkisi 32 kiloqram olan “Mahda” peyki və çəkisi 10 kiloqramdan az olan “Kayhan-2” və “Hatef-1” nanopeykləri 450 kilometr yüksəklikdə orbitə çıxarılıb.

“Mahda” yüklərin orbitə çatdırılmasında dəqiqliyi yoxlamaq üçün İran Kosmik Araşdırmalar Mərkəzi tərəfindən hazırlanıb. İki nanopeyk isə darzolaqlı rabitə və geopozisiya sistemlərini sınaqdan keçirmək üçün nəzərdə tutulub.

Peyklərin İslam İnqilabının 45-ci ildönümü münasibətilə buraxıldığı qeyd olunub.