Ağ Evdə Trampa sui-qəsd səhnəsi... - Foto

ag-evde-trampa-sui-qesd-sehnesi
Oxunma sayı: 2503

Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Trampa 2024-cü ildə baş verən sui-qəsd anını əks etdirən heykəl peyda olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Hündürlüyü 30 sm-dən çox olan heykəl Trampın mətbuat konfransı zamanı görüntülənib. 

Burada yumruğunu havaya qaldırmış Amerika liderinin fiquru, onu səhnədən kənarda müşayiət edən üç təhlükəsizlik zabiti və arxa planda dalğalanan ABŞ bayrağı əks olunub.

Xəbəri rus dilində oxuyun: США ввели новые санкции против Ирана

Xatırladaq ki, 2024-cü il iyulun 13-də Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində güllələnib. O, yüngül yaralanıb, qulağı zədələnib.