İran hökuməti ölkə Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı fövqəladə iclas keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “IRNA” agentliyi yayıb.
İclasın keçiriləcəyi dəqiq tarix açıqlanmayıb.
***
Hazırda İranın vitse-prezidenti Məhəmməd Möhbərin sədrliyi ilə Nazirlər Kabinetinin fövqəladə iclası keçirilir.
***
İran hökumətinin iclası başa çatıb. Ölkənin Nazirlər Kabineti iclasdan sonra bəyanat yayaraq hadisə fonunda hökumətin işində hər hansı fasilənin olmayacağını bildirib.