İran Prezidentinin çıxışı zamanı Əmininin plakatını qaldırdı - Video

iran-prezidentinin-cixisi-zamani-emininin-plakatini-qaldirdi
Oxunma sayı: 5783

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasında gərgin anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə İran Prezidenti İbrahim Rəisinin çıxışı zamanı baş verib.

Belə ki, bu vaxt İsrailin səfiri Eridan Məhsa Əmininin şəkli olan plakat qaldırıb.

Sözügedən görüntüləri təqdim edirik:

Qeyd edək ki, Məhsa Əmini 2022-ci ilin sentyabrında İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalıb və bir neçə saatdan sonra xəstəxanada vəfat edib.