İran Türkiyəyə qaz ixracını dayandırıb? - Yenilənib

iran-turkiyeye-qaz-ixracini-dayandirib
Oxunma sayı: 868

İran İsrailin Cənubi Pars qaz yatağına hücumundan sonra Türkiyəyə təbii qaz ixracını dayandırıb.

“Qafqazinfo” “İnvesting”ə istinadən xəbər verir ki, Türkiyə ötən il təbii qazının təxminən 14%-ni İrandan alıb.

Türkiyə əsas təchizatçıları olan Rusiya və Azərbaycandan qaz idxal etməyə davam edir və istifadə üçün ehtiyatları mövcuddur. 

İranın qaz ixracını nə qədər müddət dayandıracağı isə məlum deyil.

***

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu məlumatı təkzib edib. Jurnalistlərin suallarını cavablandıran nazir qeyd edib ki, təbii qaz təchizatı ilə bağlı heç bir problem yoxdur: “Anbarlar 71 faiz doludur. İrandan qaz tədarükü davam edir”.