İrana hücumu bu mahnı ilə təqdim etdilər - Video

irana-hucumu-bu-mahni-ile-teqdim-etdiler
Oxunma sayı: 2944

İsrail Hərbi Hava Qüvvələri (IAF) rəsmi “X” hesabında İrana qarşı davam edən hərbi əməliyyatlarla bağlı rezonans doğuran video paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, videoda İsrailin hava zərbələri nəticəsində zərərsizləşdirilən İranın yüksəkrütbəli hərbi və siyasi rəsmilərinin fotoları nümayiş etdirilib.

Paylaşımda dünyaca məşhur “Danza Kuduro” mahnısından istifadə olunması və “Our jets never go on holiday” (“Bizim qırıcılarımız heç vaxt tətilə çıxmır”) şərhi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, görüntülərdə hədəf alınan generalların və dövlət rəsmilərinin siyahısı yer alıb ki, bu da İsrail ordusunun apardığı psixoloji müharibənin tərkib hissəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, fevralın 28-dən bəri davam edən intensiv hücumlar nəticəsində İranın hərbi iyerarxiyasına və strateji infrastrukturuna sarsıdıcı zərbələr endirilib.