“İran ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, Amerika bazaları hərbi hədəfə çevriləcək”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri deyib.
“Biz İsveçrə səfirliyi vasitəsilə ABŞ-yə məlumat vermişik ki, Amerika bazaları İsrailin gələcək təcavüzkar hərəkətlərində istifadə olunarsa, hərbi hədəfə çevriləcək. Biz bunu təcavüz kimi qiymətləndirib, ona uyğun cavab verəcəyik”, - deyə hərbçi bildirib.