İran Silahlı Qüvvələri Hörmüz boğazından keçən bütün gəmilərin İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrindən icazə almalı olduğunu bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının yaydığı bəyanatda bildirilir.
Sənəddə qeyd olunub ki, müəyyən edilmiş qaydaların pozulması gəmilərin tranzit təhlükəsizliyini ciddi risk altında qoyacaq.
“Bundan əlavə xəbərdarlıq edilir ki, Hörmüz boğazının idarə olunmasına müdaxilə etməyə və ya dəniz nəqliyyatının hərəkətini pozmağa çalışan hərbi gəmilər İran Silahlı Qüvvələri tərəfindən hədəf alınacaq”, - deyə bəyanatda vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər