İranlı polkovnik etirazçılar tərəfindən güllələndi

iranli-polkovnik-etirazcilar-terefinden-gullelendi
Oxunma sayı: 7878

İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Mohsen Dalvənd İranda davam edən etirazlar zamanı öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrin İran seqmentində yayılıb.

Məlumata görə, Mohsen Dalvənd Sərdəşt şəhərində etirazçılar tərəfindən güllələnib.

Həmçinin bildirilir ki, iranlı polkovnikin 4 cangüdəni də yaralanıb. Yaralılar Urmiyada xəstəxanaya yerləşdirilib.