Məşhur müğənni İrem Derici və sevgilisi Melih Kunukçu ailə üzvləri arasında keçirilən sadə mərasimlə nişanlanaraq, evliliyə doğru ilk rəsmi addımı atıblar.
“Qafqazinfo” xəbər verir ki, cütlük ailə böyüklərinin iştirakı ilə qırmızı lenti kəsib və üzük taxıb.
Mərasim zamanı İrem Dericinin xoşbəxtliyi və şən davranışları diqqət çəkib.
Derici nişan tarixini bir neçə gün əvvəl sosial mediada elan edərək yumoristik paylaşımı ilə gündəm olmuşdu. O, paylaşımında “Xahiş edirəm məni həbs etməyin, qoy bu qız bir dəfə də olsun gün üzü görsün” ifadələrini işlətmişdi.
Qeyd edək ki, müğənni daha əvvəl planlaşdırılan nişan günü - 8 oktyabrda polis bölməsinə çağırılması səbəbilə mərasimi təxirə salmış, bu vəziyyətə “Hələ də evlənə bilmirəm” sözləri ilə reaksiya vermişdi. Daha sonra yeni tarix müəyyən edən Derici nişanın 3 fevralda keçiriləcəyini açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər