“İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasında maraqlıyıq”

irevanla-baki-arasinda-sulh-sazisinin-imzalanmasinda-maraqliyiq
Oxunma sayı: 1264

“Rusiya İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasında maraqlıdır”. 

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

Onun sözlərinə görə, tərəflər Moskvada danışıqlar zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının icrasını müzakirə edəcəklər. 

“Rusiya tərəflər arasında nəqliyyat kommunikasiyalarının açılmasına, sərhədlərin delimitasiyasına, sülh sazişinin imzalanmasına və ümumilikdə etimad quruculuğu tədbirlərinin qurulmasına töhfə verməkdə maraqlıdır”, - deyə Lavrov bildirib.