İrina Şeyk onunla Parisdə görüntüləndi - Foto

irina-seyk-onunla-parisde-goruntulendi
Oxunma sayı: 3904

ABŞ-də fəaliyyət göstərən rusəsilli model İrina Şeyk “Formula -1”in britaniyalı pilotu Lyuis Hemiltonla Parisdə görüntülənib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, onlar avtomobilə əyləşərkən kameralara tuş gəliblər.

Məşhurların şam yeməyinə yollandığı bildirilir.

Xatırladaq ki, buna qədər də Şeyklə Hemiltonu birlikdə görüblər. Bir vaxtlar onların sevgili olduqları iddia olunurdu, lakin sonradan bu söz-söhbət kəsildi.

Ötən günlərdə isə Şeyk futbolçu Tom Bredli ilə Nyu-Yorkda restoranların birində görüntülənmişdi.