İsaxan Aşurov məzarı başında bu şeri istəyib – Ramiz Rövşəndən

isaxan-asurov-mezari-basinda-bu-seri-isteyib-ramiz-rovsenden-
Oxunma sayı: 1153

Onu son mənzilə yola salanlar arasında mərhumun dostları, ailə üzvləri, həmkarları və KİV nümayəndələri olub. İ.Aşurovun vəsiyyətinə uyğun olaraq məzarı başında Ramiz Rövşənin «Qara paltarlı qadın» şeri səsləndirilib. “Qafqazinfo” İsaxan Aşurovun xatirəsini yad edərək həmin şeiri oxuculara təqdim edir:


Kişilər bir olmur, atam balası, -
qorxağı var,
igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.


Sən öləndə
kim olacaq gözlərini bağlayasan,
Qardaşmı olacaq?
Yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın olacaq.


Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb
deyəcəksən ilahi,
İllər boyu ağlatdığım bu qadın
görən necə saxlayıb
bu qədər göz yaşını?!


Bircə kərə
nə saçını oxşamışam,
nə gözünü silmişəm,
Gözlərimə batır indi
saçlarının hər dəni.
İllər boyu
bu qadına mən axı dərd vermişəm,
indi görən niyə çəkir dərdimi?!


bu qadın
baş daşımı
öpüb sığallamaqdansa,
Yumruğuyla döysə, döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.


Yeri,yeri,qara paltarlı qadın,
Kiri,kiri,qara paltarlı qadın.
bu qəbir de min qəbirdən biridi?
baş daşımı bəsdi basdın bağrına.
Bütün məni ağlayanlar kiridi,
sən de kiri,qəbrim damır,ağlama!