Azərbaycan əsilli tanınmış reper “Navai” (əsl adı Navai Bəkirov) Qazaxıstanda – məhbuslara qarşı işgəncələri ilə ad çıxarmış istintaq təcridxanasına yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, 2022-ci ildə Qazaxıstanın Taraz şəhərində yerləşən 13 saylı istintaq təcridxanası, saxlanılan şəxslərə qarşı qəddar rəftar səbəbindən gündəmə gəlmişdi. İctimai etirazlardan sonra ölkənin Baş Prokurorluğu hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı araşdırmalara başlamağa məcbur olmuşdu.
Məlumata görə, Bəkirov təkadamlıq kamerada saxlanılır.
Son xəbərlər
Son Xəbərlər