“İslam dini ilə nə təyyarə, nə də traktor yaratmışıq” - Millət vəkili

islam-dini-ile-ne-teyyare-ne-de-traktor-yaratmisiq
Oxunma sayı: 7282

QafqazinfoMilli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyevin Modern.az-a verdiyi müsahibədən bir hissəni təqdim edir:

-“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edildi. Bundan sonra xaricdə dini təhsil alıb Azərbaycana gələn şəxslər dini təhsil və dini etiqadların yerinə yetirilməsində iştirak edə bilməyəcəklər. Hökumət və parlament belə hesab edir ki, ərəb və islam ölkələrində dini, islam təhsili alıb gələn insanlar özləri ilə təhsil aldıqları ölkələrin və orada mövcud olan məzhəblərin ideologiyasını da gətirir və bu da dövlətçilik üçün çox təhlükəlidir.

Sizcə, Avropada ilahiyyatı, islamı tədris edən nüfuzlu universitetlərə təhsil almaq üçün azərbaycanlıları göndərmək olarmı?

-Əgər bütün dünya mən və sən istəyən kimi olsaydı, azərbaycanlıları ən nüfuzlu, inkişaf etmiş Avropa universitetlərinə islamdan, ilahiyyatdan təhsil almağa göndərmək olardı. Amma bu gün dünya korlanıb. Get-gedə də korlanır. İnkişaf edən ölkələrə həsəd aparılır, badalaq vurulur.

Biz balalarımızı İngiltərəyə, Fransaya, Almaniyaya islamı, ilahiyyatı öyrənmək üçün göndərdik. Onlar da oralarda əsl islamı, ilahiyyatı öyrənmək istədilər. Amma axı o ölkələrə gedib islam, ilahiyyat təhsili alanlara ilişirlər. Elə İngilərədəki xüsusi xidmət və kəşfiyyat orqanları çalışırlar ki, həmin uşaqların beynini yuyub, dəyişib özlərinin agenti edib, özlərinə işlətsinlər.

Avropaya gedib islam təhsili alıb Azərbaycana qayıdan mütləq həmin Avropanın agenti kimi vətənə qayıdacaq.

Nə qədər ki, dünyada inkişaf edən ölkələri sıxmaq, əzmək istəyən böyqk dövlətlər var, hər zaman bu, belə də olacaq.

Ona görə də mən din məsələsinə, islam təhsilinə qalanda balalarımızı elə öz ölkəmizdə öyrətməyin tərəfdarıyam. Bunun üçün mütləq gedib Amerikada, Avropada oxumaq lazımdır?

Bizə mollalar yox, əsl ilahiyyatçılar lazmdır. İslama aid yüzlərlə, minlərlər kitablar tərcümə olunub. Fars, ərəb dilində də kitablar var. Kim istəyir oxusun da...

Maraqlısı odur ki, gənclərimiz islamı niyə axı məhz Amerikada, İngiltərədə öyrənməlidir? Dərd burasındadır ki, ərəb, islam ölkələri kənardan gələnlərə islamı necə öyrədirsə, Amerika İngiltərə, Fransa da elə öyrəcədəcək...

Həm də Amerikaya gedincə, elə Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə gedib islam təhsili alaram da...

- Axı Azərbaycan adını çəkdiyiniz islam ölkələrində də islam təhsili almağı məqsədəuyğun saymır. Dövlət hesab edir ki, ümumiyyətlə ərəb və islam ölkələrində islam təhsili alıb Azərbaycana qayıdan insan ölkədə dini təhsil verə bilməz...

- Bizə uyğun, millətimizə yaraşan həqiqi dini camaata çatdırmaq üçün elə Azərbaycanda təhsil almaq olar. Hesab edirəm ki, islamı heç də dindarlardan, ilahiyyatçılardan az bilmirəm. Amma bu o demək deyil ki, mən gedib dini təhsil, ilahiyyat təhsili verməliyəm.

Bizim üçün Amerikada, İngiltərədə təhsil alıb ökəyə qayıdan texnika və texnologiyalar üzrə mütəxəsislər daha faydalıdır.

Bu günə qədər islamla, dinlə nə təyyarə, nə də traktor yaratmışıq. Din bu işlərlə məşğul deyil. Din sadəcə öyrədir ki, biz hardan gəlimişik, kim olmuşuq və indi kimik.

İslam yaranan gündən, Məhəmməd peyğəmbər ortaya çıxandan indiyə kimi islam elmi texniki tərrəqidə nəyə nail oldu? Ümumiyyətlə, islam dini hansı bir elmi kəşfə imza atdı? Heç nəyə... İslam yaranandan ancaq tarixi öyrənə bilmişik.

Allah bizi yaradıb və yaşamaq üçün təlimat yazıb. İnsanlar bəzən o qədər yolundan çıxır ki, onları yoluna qaytarmaq lazım gəlir. Bunun üçün əvvəlcə peyğəmbərlər gəldilər, bizə kömək etdilər. Sonra isə onların yazdıqları kitablar imdadımıza yetdi. Allah nə deyir? Deyir ki, “ey insanlar mən sizi insan yaratdım”. İndi görün Qurani-Kərimdəki təlimatlarda insanın yaşaması üçün nələr yazılıb...

Akademik olmaq üçün Amerikada oxumaq yox, elə Qurani-Kərimi oxumaq bəs edər. Sən kompyür yarada bilməzsən, amma insan kimi yaşamaq üçün Quranda yazılarlara əməl et də... Kitabda yazılıb ki, namaz qılmaq üçün ayağını, əlini belə at, elə qoy. Buna görə Amerikaya, Avropaya getmək lazım deyil.

Mən din, islam üçün Amerikaya, Avropaya, hətta İrana da getməyin qəti əleyhinəyəm. Məsciddə olan din xadimlərimiz bu işlərin öhdəsindən gələ bilər. Çünki xaricdə islam təhsili alanlar sonradan başımıza “Nardaran oyunları”nı açır.

Bir nəfər gedib xaricdə oxudu gəldi, Nardaranda nə oyun çıxartdı, qan su yerinı axdı, nə qədər insan həyatına son qoyuldu. Nardaran camaatını bədbəxt etdi. Həmin günlərdə nardaranlılar əsl zülm çəkdi.

Bir də ki, xaricə təhsil almağa gedənlərin psixoloji durumu yoxlanılmalıdır. Yoxlamaq lazımdır ki, xaricə təhsil almağa gedənlər psixoloji olaraq nə qədər dayanıqlıdır. Psixoliji dayanıqsız adamı yoldan çıxarmaq asandır.

- Psixoloji durumu yoxlamaq üçün xaricə göndərilən tələbələr Azərbaycanın xüsusi xidmət orqanlarında test olunmalıdır?

- Ümumiyyətlə, hansısa azərbaycanlını test edib xaricə göndərmək də o qədər vacib deyil. Azərbaycan xalqına birmənalı olaraq xaricdə təhsil alan, hazırlanmış molla lazım deyil.

Azərbaycanda hazırlanmış mollalarımız, ali təhsil müəssisələrində yetişdirilən ilahiyyatçılarımız daha faydalı olar.

- Bəs belə olan halda bu gün ölkədə milli maraqlar əsasında təhsil alan ilahiyyat fakültələrinin tələbələri nəyə görə təhsil haqqından azad olunmurlar?

- Güya İrana, ərəb ölkələrinə təhsil almağa gedənlər orada havayı oxuyurlar? Orada da pul verirlər də.

- Bilirsinziz, məsələn, Bakı İslam Universitetinin İlahiyyat fakültəsinin illik təhsil haqqı 2000 manatdır. Əgər dövlət milli ilhaiyyatçı kadrların yetişməsində maraqlıdırsa, bu təhsil haqqını ləğv edə bilər axı...

- Əgər kimsə 2000 manat verib Bakı İslam Universitetində təhsil alırsa, həqiqətən də bu ağılsızlıqdır. Şəxsən mən oğlumu, qızımı o universitetə, o fakültəyə oxumağa buraxmazdım. Çünki il ərzində 2000 manatı ilahiyyat fakültəsinə verməkdənsə, yaxşı bir universitetdə ən lazımlı bir fakültəni oxumaq olar. Bu gün dünya nanotexnologiyalardan təhsil alır. Biz isə ildə 2000 manat ödəyib ilahiyyatı öyrənirik. Bütün dünya insanın neyrohüceyrələrini araşdırır. Bizə bunlar lazımdır. İrsi xüsusiyyətlər, genetik kodu öyrənmək üçün nanotexnoligiyaları öyrənməyin zamanıdır. 4 il ərzində 8 min manat ödəyib İslam təhsili alan adamı mən qəbul etmirəm. İslam təhsilindənsə, elə ildə 2500 manat ödəyib ərəb dilini, qrammatikasını, tərcüməsini daha sərrast öyrənsinlər, şərqşünas olsunlar.

Quranın, dinin ekspermenti yoxdur. Bizə bu gün ekspermental elmlər daha çox gərəkdir.

- Cəmiyyətdə ateist, sekulyar təffəkkürlü insanların sayının artmasının tərəfdarısınızmı?

- 7-ci əsrdə İslam dini yarandı. Məgər 7-ci əsrdən 2-3 min il qabaq sivilzasiyalar, inkişaf yox idi? Əlbəttə var idi.

Qədim yunan, Roma, Misir, Mesopotomiya mədəniyyəti olub axı... Din insanlara özlərini insan kimi aparmağa kömək edən təlimat, vasitədir. Musa, İsa və Məhəmməd peyğəmbərdən gələn hər 3 kitab eyni şeydir. Hər 3 kitab Allahın adından yazılıb. Ona görə də ildə 2500 manat ödəyib ilahiyyatdan təhsil almaq mənasızdır. Din məktəbləri çox fərqli olmalıdır.