İsmayıllıda ağır qəza, sürücü öldü

ismayillida-agir-qeza-surucu-oldu
Oxunma sayı: 1490

Mayın 28-də saat 04 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində “VAZ-2107” markalı avtomobil yolun təmir hissəsində dayanan ağır tonajlı texnikaya çırpılıb. 

“Qafqazinfo” xəbər verir ki, nəticədə “VAZ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.