İspaniyada meşə yanğını 5 gündür davam edir

ispaniyada-mese-yangini-5-gundur-davam-edir
Oxunma sayı: 1096

İspaniyanın şərqindəki Kastellon və Teruel şəhərləri arasında baş verən və 5 gündür davam edən meşə yanğını küləyin təsiri ilə hələ də nəzarət altına alınmayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın 4000 hektardan çox meşə sahəsini məhv edib.

Həmçinin ərazidən təxliyə edilən 1500 nəfərin evlərinə qayıda bilmədiyi qeyd edilir.

Yanğının söndürülməsinə 18 təyyarə ilə 420 nəfərdən ibarət qrup cəlb edilib.