İsrail HƏMAS-ın silah anbarını vurdu

israil-hemas-in-silah-anbarini-vurdu
Oxunma sayı: 185

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HAMAS-a məxsus strateji hərbi obyektlərə növbəti hava zərbələri endirib.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat nəticəsində təşkilatın silah istehsalı üçün istifadə etdiyi böyük bir emalatxana və silah-sursat anbarı məhv edilib.

İsrail ordusunun Mətbuat Xidmətinin yaydığı məlumata görə, hücum fevralın 5-də Şimali Qəzzada İsrail hərbçilərinə qarşı törədilmiş atəş açılması hadisəsinə cavab olaraq həyata keçirilib.

Zərbələrdən biri Qəzza şəhərinin Zeytun rayonundakı yaşayış binasında yerləşən silah anbarına, digəri isə Xan Yunis şəhərindəki gizli istehsalat sahəsinə endirilib. İsrail tərəfi bildirib ki, mülki itkilərin qarşısını almaq üçün Zeytun rayonundakı hədəf vurulmazdan bir saat öncə əraziyə təxliyə xəbərdarlığı göndərilib.

İsrail ordusu zərbələr zamanı ərazidə mülki şəxslərin olmadığını təsdiqlədikdən sonra hücumun reallaşdığını bildirsə də, Fələstin mənbələri bəzi mülki binaların zərər gördüyünü iddia edir.