İsrail Livanla müharibəni dayandırır

israil-livanla-muharibeni-dayandirir
Oxunma sayı: 2220

İsrailin Baş naziri Benyamin Netanyahu Livanla atəşkəs sazişini həyata keçirməyə hazır olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir bu barədə xalqa müraciətində məlumat verib.

Netanyahu onu da əlavə edib ki, bu dönəmdə “Hizbullah” tərəfindən istənilən pozuntuya şiddətlə cavab veriləcək.

Baş nazir bildirib ki, axşam saatlarında atəşkəs razılaşmasını müharibə kabinetinə təqdim edəcək:

“Razılaşmanı yerinə yetirəcəyik. ABŞ ilə tam koordinasiyada tam hərbi fəaliyyət azadlığımızı qoruyuruq. “Hizbullah” razılaşmanı pozarsa, və ya yenidən silahlanmağa cəhd edərsə, qətiyyətlə zərbə endirəcəyik”.

O əlavə edib ki, HƏMAS-a müttəfiq olan “Hizbullah” münaqişənin əvvəlində olduğundan xeyli zəifləyib:

“Biz qruplaşmanı geriyə qoyduq... Onun yüksək səviyyəli liderlərini məhv etdik, raketlərinin əksəriyyətini dəf etdik, minlərlə döyüşçünü zərərsizləşdirdik və sərhədimizə yaxın terror infrastrukturlarını aradan qaldırdıq”.

Qeyd edək ki, İsrail televiziyası daha əvvəl məhdud təhlükəsizlik kabinetinin razılaşmanı təsdiqlədiyini bildirib.

Xatırladaq ki, “Al Jadeed” telekanalı bir neçə saat öncə Livan və İsrail arasında atəşkəs razılaşmasının noyabrın 26-dan 27-nə keçən gecə imzalanacağı barədə xəbərlər yaymışdı. Məlumata görə, Livanın Baş naziri Nəcib Mikatinin də atəşkəsi elan edəcəyi gözlənilir.