İsrail ordusu Qəzzada xəstəxanada yeraltı tunel aşkarlayıb

israil-ordusu-qezzada-xestexanada-yeralti-tunel-askarlayib
Oxunma sayı: 1868

İsrail ordusu Qəzza zolağındakı Əl-Şifa xəstəxanasında yeraltı tunel və içərisində silahlar olan bomba yüklü avtomobil aşkar etdiyini açıqlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. 

Bildirilib ki, Əl-Şifa xəstəxanasında Şaldağ bölməsi, 7-ci briqada və İsrail Müdafiə Qüvvələrinin digər xüsusi təyinatlı hissələrinin əsgərləri işləyir.

Onlar xəstəxana ərazisində HƏMAS-ın tunel infrastrukturunu, həmçinin içərisində çoxlu miqdarda silah və sursat olan 7 oktyabr hücumu üçün hazırlanmış bomba yüklü avtomobil aşkar ediblər.