İsrail Hərbi Hava Qüvvələri Tehrana endirilən zərbə nəticəsində İranın Ali Liderinin hərbi qərargahının rəhbərini və Silahlı Qüvvələrin mərkəzi qərargahı -“Xatəmül-Ənbiya”nın rəisi Əbülqasım Babaianı zərərsizləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Babaian İsrailə qarşı əməliyyatların həyata keçirilməsi və fövqəladə hərbi əməliyyatların təşkili üçün müxtəlif qurumların fəaliyyətinin koordinasiyasına cavabdeh olub.
Son xəbərlər
Son Xəbərlər