İsrail Rəfah əməliyyatını davam etdirəcək

israil-refah-emeliyyatini-davam-etdirecek
Oxunma sayı: 1188

İsrail hökuməti yekdilliklə Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatların davam etdirilməsi barədə qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

“İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovlarımızın azad edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq üçün Rəfah əməliyyatını davam etdirəcək”, - bəyanatda bildirilir.

Eyni zamanda, İsrail Qəzza ilə bağlı danışıqları davam etdirmək üçün Qahirəyə nümayəndə heyəti göndərmək niyyətini açıqlayıb.