İsrail təhlükəsizlik qüvvələri Əl-Aksa məscidini tərk edir

israil-tehlukesizlik-quvveleri-el-aksa-mescidini-terk-edir
Oxunma sayı: 2693

İsrailin hüquq-mühafizə orqanlarının əməkdaşları Əl-Aksa məscidini və ətrafını tərk edirlər.

Bu barədə “Qafqazinfo” Fələstinin “Dunya Al Watan” radiostansiyasına istinadən xəbər verir.

Onun məlumatına görə, İsrailin güc strukturları müsəlman müqəddəsliklərindən ehtiyat çıxışlardan çıxır. Digər təfərrüatlar hələlik açıqlanmır.

Daha əvvəl HƏMAS-ın döyüş qanadının mətbuat katibi Əbu-Obayda “Əl-Qəssam briqadası” komandanlığı adından İsrail hökumətinə növbəti ultimatum irəli sürüb. Ona əsasən, İsrail tərəfi polislərini Əl-Aksa məscidindən iki saat ərzində çıxarmalıdır.