İsrailin hava limanına ballistik raket atdılar

israilin-hava-limanina-ballistik-raket-atdilar
Oxunma sayı: 4552

Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatı Təl-Əvivdəki Ben-Qurion hava limanına ballistik raket zərbəsi endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Hücumun “Fələstin-2” hipersəs raketi ilə həyata keçirildiyi bildirilir.

İsrail Müdafiə Ordusu isə Yəmən tərəfindən atılan raketin zərərsizləşdirildiyini açıqlayıb.