İşsizlikdən Sığorta Fondunun əhatə dairəsi artacaq

issizlikden-sigorta-fondunun-ehate-dairesi-artacaq
Oxunma sayı: 1798

“Bir vacib məqamı qeyd edim ki, İşsizlikdən Sığorta Fondunun əhatə dairəsi üçdə bir qədər artacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.

Nazir müavini qeyd edib ki, Fondun büdcəsinin 50 %-dən çoxu aktiv dəstək tədbirlərinə gedir: “Bundan əlavə, büdcənin bir hissəsi peşə standartının hazırlanmasına yönəldilir. Bu günədək 1000-ə yaxın peşə standartı hazırlanıb. Növbəti ildə 300-ə yaxın peşə standartı hazırlanacaq”.

A.Kərimov əlavə edib ki, Elektron məşğulluq xəritəsinin hazırlanması planlaşdırılır.

Onun sözlərinə görə, bu ilin 10 ayı ərzində 40 mindən çox vətəndaşımız əlillik təyinatı alıb: “Onların 4 mindən artığı müharibə əlilliyi olan şəxslərdir”.

Zaur Mirzə