Bu gün Türkiyə Super Liqasında 11-ci turun oyunlarına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, turun ilk oyun günündə İstanbul derbisi baş tutacaq.
Belə ki, dünyanın ən güclü derbilərindən sayılan “Qalatasaray” – “Fənərbaxça” matçı baş tutacaq.
“Türk Telekom” arenada keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 22:00-da başlayacaq.
Türkiyə Super Liqası
11-ci tur
2 noyabr
22:00. “Qalatasaray” – “Fənərbaxça”
***
Matç üçün ehtimal olunan "11-lik"lər müəyyənləşib.
“Qalatasaray”: Fernando Muslera, Martin Linnes, Sərdar Əziz, Ozan Kabak, Ömər Bayram, Rayan Donk, Ndiaye, Harri Rodrigez, Onyekuru, Belhanda, Eder Dərdiyok
Baş məşqçi: Fatih Terim
“Fənərbaxça”: Harun Təkin, Şənər Özbayraklı, Martin Şkrtel, Noyştadter, Hasan Ali Kaldırım, Jailson, Elif Elmas, Andre Ayu Benzia, Alper Potuk, Soldado
Baş məşqçi: Ervin Kuman
***
Matç başladı.
***
Rayan Donk 31-ci dəqiqədə fərqlənir. “Qalatasaray” 1-0 hesabı ilə öndədir.
***
Martin Linnes 49-cu dəqiqədə komandasına 2-ci qol qazandırdı.
***
Matyu Vabuena 66-cı dəqiqədə oyunda dönüş yaradır.
***
Jailson 72-ci dəqiqədə hesabı bərabərləşdirir.
***
Oyun 2:2 hesablı bərabərliklə bitdi.
Son xəbərlər
Son Xəbərlər