Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının XII toplantısı Türkiyənin İstanbul şəhərində öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türk Dövlətləri Təşkilatı öz rəsmi tviter hesabında paylaşıb.
Toplantı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, TDT-nin Baş katibi Bağdad Amreyev və üzv ölkələrin ağsaqqalarının açılış nitqləri ilə başlayıb.



Son xəbərlər
Son Xəbərlər