“İt kimi işləyib pul qazanıram”

it-kimi-isleyib-pul-qazaniram
Oxunma sayı: 6721

Türkiyəli model, aparıcı, aktrisa Çağla Şikel açıqlaması ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, o, “İşin Aslı” verilişində heç vaxt bahalı çantaya pul vermədiyini deyib:

“Brend çantam yoxdur. Şüurlu şəkildə alış-veriş edirəm. Brend həvəskarı deyiləm... O pulu heç vaxt vermərəm, verən də versin! Bir çanta alarkən həyatımın sonuna qədər istifadə edə biləcəyəmmi deyə sual edirəm... Mən pulu çətinliklə qazanıram, it kimi işləyirəm, həqiqətən it kimi işləyirəm. O çanta mənim alnımdan tökdüyüm təri haqq etmir”.