İti asaraq öldürən 86 yaşlı kişi tutuldu

iti-asaraq-olduren-86-yasli-kisi-tutuldu
Oxunma sayı: 6955

Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub.

DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, sosial şəbəkələrdə itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri yayılıb. Həmin hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib. Hadisəni törədən şəxsin rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib.

Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb.

Bu maddə ilə ittiham edilən şəxs 500 manat məbləğində cərimə edilir.