İtkin düşən kişinin meyiti tapıldı - Yenilənib

itkin-dusen-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1570

Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 55 yaşlı kişi itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

***

“Qafqazinfo”nun məlumatına görə, ötən gündən axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədən tapılıb.

Hazırda meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov