Juninyo “Qarabağ”a gəlmədi - Yeni klubu bəllidir

juninyo-qarabaga-gelmedi
Oxunma sayı: 1629

Qarabağ”ın sabiq hücumçusu Olavio Juninyo Meksikanın “Pumas” klubuna transfer edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

O, “Pumas”a Braziliyanın “Flamenqo” klubundan keçib.

Qeyd edək ki, Juninyo bu ilin yayında “Qarabağ”dan 5 milyon avro qarşılığında Braziliyanın “Flamenqo” klubuna transfer olunmuşdu. Lakin o, bu komandanın heyətində demək olar ki, oynamaq şansı qazanmır. Məhz baş məşqçi Felipe Luisin ona şans verməməsi futbolçunun Ağdam klubuna qayıdacağı ilə bağlı xəbərləri gücləndirmişdi.