Juninyo “Sevilya”nın əsas hədəfidir

juninyo-sevilyanin-esas-hedefidir
Oxunma sayı: 1958

İspaniya mətbuatı “Qarabağ”ın futbolçusu Olavio Juninyonun “Sevilya”ya mümkün transferindən yazıb.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı forvardın Əndəlusiya klubu üçün bir nömrəli hədəf olduğu bildirilib. 

Yazıda, həmçinin “Sevilya”nın “Qarabağ”a 3-5 milyon aralığında transfer məbləği təklif etdiyi qeyd olunub. 

Azərbaycan təmsilçisinin bu transferə isti yanaşdığı və təklif edilən məbləğlə razılaşacağı da yer alan xəbərlər arasındadır.