Kabildə məscid qarşısında partlayış - Ölən və yaralananlar var

Kabildə məscid qarşısında partlayış
Oxunma sayı: 923

Əfqanıstanın paytaxtı Kabildə cümə namazından sonra Vəzir Əkbər Xan məscidi qarşısında bombalı hücum baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Taliban administrasiyasının Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran açıqlama verib.

Zadran hücumda 7 nəfərin həyatını itirdiyini, aralarında uşaqların da olduğu 41 nəfərin yaralandığını açıqlayıb.

Məscidin ətrafındakı küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, iki gün əvvəl paytaxt Kabilin Dehmezenq rayonunda restoranın yaxınlığında törədilən bombalı hücumda 3 nəfər həlak olmuşdu.