Kamal Abdullanın “Labirint”i işıq üzü gördü

kamal-abdullanin-labirinti-isiq-uzu-gordu
Oxunma sayı: 812

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan ədəbiyyatında daha çox romanları ilə tanınan yazıçının bu dəfə hekayələr kitabı “Labirint” işıq üzü görüb.

“Labirint” adlanan kitabdakı hekayələr yaşadığımız dünya və sonsuz başqa dünyalar haqqında insanın duyğuları, yuxuları və təsəvvürlərinin nəqlidir. Müxtəlif hekayələrin qəhrəmanlarına ya aşkar, ya da gizli şəkildə elə gəlir ki, onlar bir başqa dünyada da yaşaya bilərdilər. Müəllifin ən böyük arzusu oxucu ilə həmsöhbət olmaqdır.

Kitaba ön sözün müəllifi tanınmış şair Salam Sarvandır.

“Labirint” “Qanun” Nəşriyyatında 1000 tirajda işıq üzü görüb. 280 səhifədən ibarətdir.

Kitabı şəhərin kitab mağazalarından 5 AZN-ə əldə etmək olar.