2025-ci ildə “Kapital Bank”a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub.
“Qafqazinfo” xəbər verir ki, bunu “Kapital Bank”ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransında İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.
O bildirib ki, ötən il bankın tarixində ilk sindikatlaşdırılmış kredit sazişi imzalanıb:
“Körfəz regionunun aparıcı bankı olan “Mashreq Bank”la əməkdaşlıq çərçivəsində “Kapital Bank”a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub.
Bank, həmçinin, ötən il Özbəkistanın ən böyük IT ekosistemi ilə tərəfdaş olub. “Uzum” ekosisteminə daxil olan “MAKESENSE” şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırılıb. Bu əməkdaşlıqla “Kapital Bank”ın tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb”.
Əlavə edilib ki, “Kapital Bank”ın rəqəmsallaşmadakı təcrübəsi dünyaşöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanan “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabında yer alacaq.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər