Karlsen sürətli şahmat üzrə beşqat dünya çempionu oldu

karlsen-suretli-sahmat-uzre-besqat-dunya-cempionu-oldu
Oxunma sayı: 1980

Norveçli qrossmeyster Maqnus Karlsen Səmərqənddə keçirilən sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 13 raundun yekununda o, 10 xal toplayıb, yeddi görüşdə qalib gəlib, altı heç-heçə edib.

Karlsen son turda hindistanlı Rameşbabu Praqnanandha ilə bərabərə qalıb və bu turnirin sonunda titulunu təmin edib.

Beləliklə, 33 yaşlı Karlsen daha əvvəl 2014, 2015, 2019 və 2022-ci illərdə yarışın qalibi olmaqla, bu şahmat növü üzrə beşqat dünya çempionu olub.