Kayseridə Azərbaycan Qardaşlıq Parkı açıldı - Fotolar

kayseride-azerbaycan-qardasliq-parki-acildi
Oxunma sayı: 1007

Türkiyənin Kayseri şəhərində Azərbaycan Qardaşlıq Parkının təntənəli açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) “Qafqazinfo”ya verilən məlumata görə, tədbir Kayserinin Talas Bələdiyyəsinin və Azərbaycan-Türkiyə Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasimi açıq elan edən Talas bələdiyyəsinin sədri Mustafa Yalçın bildirib ki, Kayseridə qardaş Azərbaycana hər zaman xüsusi münasibət bəslənilir.

Tədbirin layihə rəhbəri və təşəbbüskarı olan Azərbaycan-Türkiyə Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin həmtəsisçisi və fəxri prezidenti Nəcəf Qənbərov türk dünyasının parlaq zəfərlərindən biri olan 44 günlük Vətən müharibəsi dövründə və sonra iki Prezidentin – iki Ali Baş Komandanın bütün dünyaya göstərdiyi birlikdən danışıb.

DİDK sədrinin birinci müavini Valeh Haciyev çıxışı zamanı Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və birliyimizin daim olmasını arzulayıb.

Tədbirdə çıxış edən Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıç və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan Qardaşlıq Parkının yaradılmasının önəmindən bəhs ediblər.

Sonra Azərbaycan Qardaşlıq Parkının qırmızı lenti kəsilib.