Ağstafada ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs həbs olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Ağstafa şəhərində yerləşən Hüseyn Arif adına musiqi məktəbində baş verib.
1980-ci il təvəllüdlü Səlim Bağırov (ad-soyadlar şərtidir) sərxoş halda oraya gələrək müəllim işləyən keçmiş həyat yoldaşı Fidan Rəhimovanı təhqir edib, məktəbin normal iş ahəngini pozaraq xuliqanlıq hərəkətlərinə yol verib.
Qadının polisə şikayət etməsindən sonra S.Bağırov polis tərəfindən saxlanılıb. Onun barəsində Ağstafa RPŞ-də inzibati protokol tərtib edilib.
.jpg)
İfadə verən F.Rəhimova 2 il əvvəl boşandığını, lakin keçmiş ərinin onu rahat buraxmadığını deyib: “Rəsmi şəkildə ayrılsaq da, Səlim Bağırov məni narahat edir. Sonuncu dəfə işlədiyim məktəbə gələrək haqqımda nalayiq ifadələr işlətdi, hətta məni öldürməklə hədələdi”.
S.Bağırov isə ifadəsində eks-xanımı ilə barışmaq istədiyini söyləyib: “Rəsmi şəkildə boşansaq da, onunla barışmaq istəyirəm. Hadisə vaxtı sərxoş halda olmuşam, özümü təqsirli bilirəm, çox peşmanam. O mənim istəyimə qarşılıq vermədiyi üçün uca səslə söyüş söymüşəm”.
Ağstafa Rayon Məhkəməsinin qərarı ilə Səlim Bağırov 7 sutkalıq inzibati həbs edilib.
Aslan Vəliyev
Son xəbərlər
Son Xəbərlər