Şəmkir rayonunda qətl hadisəsi baş verib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, rayon sakini, 1977-ci il təvəllüdlü Etibar Süleymanov həmyerlisi, 1992-ci il təvəllüdlü Hüseynov Elnur Salman oğlunu öldürüb. E. Süleymanov kustar üsulla hazırlanmış silahdan E. Hüseynovun başına bir dəfə atəş açıb və E. Hüseynov hadisə yerində vəfat edib.
Qətli törətməkdə şübhəli bilinən E. Süleymanov Şəmkir rayon Yenikənd bələdiyyəsinin keçmiş xanım sədrinin (Süleymanova Sona Binnət qızı) qardaşıdır. E. Süleymanov və qətlə yetirilən E. Hüseynov bacanaqdırlar.
Son xəbərlər
Son Xəbərlər