“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi

kepezin-yeni-bas-mesqcisi-mueyyenlesdi
Oxunma sayı: 1902

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi Adil Şükürovla anlaşıb.

Təcrübəli mütəxəssislə 2 illlik müqavilə imzalanıb.

Qeyd edək ki, baş məşqçi 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə “sarı-göylər”i çalışdırıb.

Adil Şükürov Gəncə kollektivində futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə “Kəpəz”in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.