Kəşfiyyat Baydenə COVID-19-un mənşəyi barədə məruzə edib

kesfiyyat-baydene-covid-19-un-menseyi-barede-meruze-edib
Oxunma sayı: 3654

ABŞ kəşfiyyatı Prezident Co Baydenə COVID-19-un mənşəyi haqqında məruzə təqdim edib, lakin məruzədə aydın nəticələr yoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Washington Post” qəzeti mənbələrinə istinadən bildirib.

Məlumata görə, məruzədə yeni növ koronavirusun mənşəyi, o cümlədən bu patogenin təbii proses zamanı heyvandan insana “tullanması” və ya Çin laboratoriyasından “qaçması” ilə bağlı konkret bir nəticəyə gəlinməyib.