“Evdə tək” filmlərinin ulduzu, məşhur Hollivud aktrisası Ketrin O'Hara 71 yaşında vəfat edib.
“Qafqazinfo” TMZ-yə istinadən xəbər verir ki, aktrisa bu gün dünyasını dəyişib.
Məlumata görə, onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, K. O'Hara dünya tamaşaçısına daha çox “Evdə tək” (“Home Alone”) filminin ilk iki hissəsində “Kevin Makkallister”in (Makaley Kalkin) anası “Keyt Makkallister” obrazı ilə tanınır. Aktrisa həmçinin “Şitt körfəzi” (“Schitt's Creek”) serialındakı “Moyra Rouz” rolu ilə böyük uğur qazanaraq 2020-ci ildə “Emmi” mükafatına layiq görülüb. Onun zəngin karyerasına “Beetlejuice”, “Best in Show” və “A Mighty Wind” kimi ikonik filmlər daxildir.
Xatırladaq ki, aktrisanın son işi “The Studio” serialı olub və o, bu rolu ilə də “Emmi”yə namizəd göstərilib. O'Hara 1992-ci ildən prodüser Bo Uelç ilə evli olub və cütlüyün iki oğlu var.





Son xəbərlər
Son Xəbərlər