“Kiməsə nəsə sübut etməyə çalışırıq...” - 59 yaşlı Zülfiyyə - Video

kimese-nese-subut-etmeye-calisiriq
Oxunma sayı: 1095

Bu gün Xalq artisti Zülfiyyə Xanbabayevanın doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, müğənni 59 yaşını qeyd edir.

Doğum günü ilə bağlı “Instagram” hesabında video paylaşan sənətçi bu sözləri deyib: “Hərdən axşamlar fikrə gedirəm. Biz niyə bu qədər tələsirik? Harasa qaçırıq, nəyisə çatdırmağa, kiməsə nəsə sübut etməyə çalışırıq. Amma həyat elə bu anlardır... Sakitlikdə... Səhər kofesində... Doğma bir insana səbəbsiz açılan bir zəngdədir.

Biz çox vaxt dərin bir nəfəs almağı belə unuduruq. Mükəmməl görünməyi, başqalarının gözləntilərini doğrultmaq məcburiyyətində olmağı... Hərdən gün ərzində edə biləcəyiniz ən cəsarətli addım sadəcə bir anlıq dayanıb özünüzə “stop, bu gün mən sadəcə özümə özüm olmaq haqqı verirəm” deməkdir. O sakit, dəyərli dəqiqələrinizin qədrini bilin. Qoy bu günlərdə sevdiklərinizə və ən əsası özünüzə vaxt ayırmağa daha çox vaxtınız olsun”.

Qeyd edək ki, Z.Xanbabayeva 16 oktyabr 1967-ci ildə Bakıda anadan olub. Ailəlidir. Bir qız övladı var.