Kiyevdə metronu su basıb

kiyevde-metronu-su-basib
Oxunma sayı: 1578

Ukraynanın paytaxtı Kiyevdə metronu su basıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Klymenko Time” teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, buna səbəb tuneldə təzyiqin azalması və suyun relslərə axması olub.

Kiyev şəhər administrasiyası açıqlama yayıb ki, “Demeevskaya” və “Teremki” stansiyaları arasında qatarlar altı ay ərzində hərəkət etməyəcək - bu müddət tunelin təmiri üçün ayrılıb.